15:25
21 İyul 2020

Həyətdə toy etməklə karantini pozdular

Qusarda toy mərasimi etmək isyəyən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.az -a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinə rayonun Köhnə Xudat kəndi ərazisində yerləşən Aslan Hacıağayeva məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Dərhal Rayon Polis Şöbəsinin əməkdaşları adıçəkilən ünvana gələrək toy mərasimini dayandırıblar, məclisin təşkilatçısı və digər qonaqlar saxlanılaraq polis bölməsinə gətiriliblər.

Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub və saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə ediliblər.

Dİgər xəbərlər