XİN rəsmisi: "Ermənipərəst konqresmenlərin düzəlişləri rədd olunub"
21 iyul 2020 12:22 (UTC +04:00)

XİN rəsmisi: "Ermənipərəst konqresmenlərin düzəlişləri rədd olunub"


“Bəzi ermənipərəst konqresmenlər növbəti maliyyə ili ilə bağlı 2021-ci il milli müdafiə maliyyələşmə büdcəsinə düzəlişlər irəli sürüblər”.

APA-nın məlumatına görə, bunu bu gün mətbuat konfransında Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

O bildirib ki, 17 iyul tarixində Nümayəndələr Palatasında ermənipərəst konqresmenlərin düzəlişləri rədd olunub.

XİN rəsmisi qeyd edib ki, Konqresdə Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova ilə bağlı bir düzəliş var: “Bu düzəlişdə qaçqın, itkin düşən və ölənlərlə bağlı məlumatların verilməsi əksini tapıb. Bu düzəliş də əslində qəbul olunub”.

# 2839
avatar

Oxşar yazılar