16:26
20 İyul 2020

"Atamın səhhəti pisləşdi" - Namiq Qaraçuxurlu

Meyxanaçı Namiq Qaraçuxurlu atasının səhhətində ciddi problem yaranıb. Lent.az -ın məlumatına görə, ifaçı bu barədə "Zaurla Günaydın" verilişində deyib:

"İlk aylar yaxşı idim: istirahət, idman, yazı-pozu. Son günlər pis keçirirəm. Karantin artıq psixoloji mənə təsir edir. Maddi sıxıntım yoxdur, xərcimi bilən adamam. Ev təmir etmək istəyirdim, onun üçün pul yığmışdım. Karantin düşdü, təmir qaldı. Mən də həmin yığdığımı az-az xərcləyirəm.

Atamın səhhəti pisləşdi. 65 yaşdan yuxarıların küçəyə çıxmamaq qadağası ona problem yaratdı. Gözləri tutuldu, yaddaşı getdi. Başında herpes çıxmışdı, çirk gözünə tökülüb. Sakit dayanan adam deyil, düşüb həyətdə işləyib. Başına elə iş gəlib. İndi bir az yemək yeməyə başlayıb. Heç kimlə danışmır, özünə qapanıb".

Dİgər xəbərlər