1087
10:43
20 İyul 2020

Rayon sakinindən 8 kilodan çox heroin götürüldü

Yardımlıda narkotik alverçisi saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az -a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında Yardımlı rayonu ərazisində əməliyyat tədbiri keçiriblər. Nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yardımlı rayon sakini C.Mirxanlı saxlanılıb.

Şəxsi axtarış zamanı onun üzərindən 305 qram narkotik vasitə heroin aşkarlanıb.

Əməliyyat tədbirinin davamı olaraq onun yaşadığı evin həyətinə keçirilən baxış zamanı orada gizlədilmiş 1 ədəd sellofan torbada 8 kq 140 qram heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.