Avtomobilin vurduğu rayon sakini xəstəxanada keçindi
19 iyul 2020 00:11 (UTC +04:00)

Avtomobilin vurduğu rayon sakini xəstəxanada keçindi

Zaqatalanın Çobankol kəndində axşam saat 21:30-da piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. 

APA-nın şimal-qərb bürosunun məlumatına görə, rayonun Çobankol kənd sakini,  1976-cı il təvəllüdlü Şaban Murtuzəli oğlu Atayev “VAZ 21015” markalı minik avtomobili tərəfindən vurulub. 

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Ş.Atayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Xəstəxanaya daxil olduqdan bir qədər sonra həkimlərin səyinə baxmayaraq, Ş.Atayev aldığı xəsarətlərdən ölüb. 

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5456

Oxşar yazılar