11:00
18 İyul 2020

Rusiyada son sutkada 6 234 nəfər koronavirusa yoluxdu


Rusiyada son sutka ərzində daha 6 234 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 765 437 nəfərə çatıb.

Son sutka ərzində 124 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 12 247 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 546 863 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə gəlir.

Dİgər xəbərlər