05:33
18 İyul 2020

Tovuzda düşmənin atdığı mərmilərin qalıqları aşkarlandı - FOTO

Tovuz rayonunun Dondar Quşçu, Ağdam və Vahidli kəndlərinin ərazisində top mərmisinin qalıqları tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) APA -ya verilən xəbərə görə, kəndlərin ərazisinə mərminin düşməsi barədə məlumat Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib, 4 ev və həyətyanı sahəyə baxış keçirilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış və partlamış 122 mm-lik top mərmilərinin (OF-56-1) qalıqları aşkar olunub, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamış mərmilərin ətrafında 470 kv.m əraziyə yerüstü, 8 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Dİgər xəbərlər