Bakıda qapısı bağlı qalan mənzildə meyit aşkar olundu
17 iyul 2020 23:12 (UTC +04:00)

Bakıda qapısı bağlı qalan mənzildə meyit aşkar olundu

0

 

Bakıda mənzildən meyit aşkar olunub.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1955-ci il təvəllüdlü Quliyev Yavər Əliağa oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4937

Oxşar yazılar