Ukraynanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişilməz qalır
17 iyul 2020 18:56 (UTC +04:00)

Ukraynanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişilməz qalır

17 iyul 2020-ci il tarixində Xarici İşlər naziri Ceyhun Bayramovun Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba ilə telefon danışığı baş tutub.

XİN-dən APA-ya verilən məlumata görə, Ukrayna Xarici İşlər naziri D. Kuleba Azərbaycan Respublikasının Xarici İşlər naziri vəzifəsinə təyin olunması münasibətilə Ceyhun Bayramovu təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Nazir Ceyhun Bayramov səmimi təbrikinə görə həmkarına təşəkkür edib.

Nazirlər ikitərəfli əməkdaşlıq əlaqələrinin hazırkı səviyyəsindən məmnunluq ifadə edib və münasibətlərin bundan sonra da inkişafı etdiriləcəyini əminliklə vurğulayıblar.

Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatı və Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliklə bağlı Ukrayna XİN-i tərəfindən verilmiş ədalətli, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, BMT-nin müvafiq qətnamələrinə istinad edən bəyanata görə həmkarına təşəkkürünü bildirib.

D. Kuleba Ukraynanın bu məsələdə mövqeyinin dəyişilməz olduğunu bir daha ifadə edib.

# 3820
avatar

Oxşar yazılar