2839
11:15
17 İyul 2020

Marşrut avtobusları iki günlük fəaliyyətini dayandırır

Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 18 iyul gecə 0:00-dan 20 iyul səhər saat 6:00-dək müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.

Bakı Nəqliyyat Agentliyindən Lent.az -a verilən məluamat görə, bu gün isə müntəzəm və ekspres xətlər üzrə avtobuslar adi rejimdə fəaliyyət göstərəcək. Bazar ertəsi yenidən vətəndaşlara xidmət üçün qarşıdakı iki gün ərzində hazırlıq işləri görüləcək:

"Pandemiya dövründə sərnişinlərə xidmət etmək, mənzil başına rahat çatmağı üçün bütün səylərimizi səfərbər etmişik. Bundan sonra da məmnuniyyətlə xidmətinizdə olacağıq.

Hər birinizə sərt karantin rejimi qaydalarına əməl etməyi, zərurət olmadığı halda evdən çıxmamağı tövsiyə edirik".