1174
09:01
17 İyul 2020

Dünyada bu gün - VİDEO

1. Səfəvilər dövlətinin banisi və ilk şahı, şair Şah İsmayıl Xətai 1487-ci il iyulun 17-də Ərdəbil şəhərində Səfəvi təriqətinin başçısı Şeyx Səfiəddinin nəslindən olan Şeyx Heydərin ailəsində dünyaya göz açıb.

2. Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri, ədəbiyyatşünas və publisist Əbdülvahab Yurdsevər Məmmədzadə 17 iyul 1898-ci ildə Bakıda dünyaya gəlib.

3. Türkiyə Respublikasının 7-ci prezidenti və 17-ci Baş Qərargah rəisi Əhməd Kənan Evren 1917-ci ilin bu günü Manisanın Alaşəhər bölgəsində anadan olub.

4. İran İslam Respublikasının 2-ci dini lideri və 3-cü prezidenti Seyid Əli Hüseyni Xamenei 1939-cu il iyulun 17-də İranın Məşhəd şəhərində anadan olub.

5. Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Telman Adıgözəlov 1953-cü il iyulun 17-də Balakən şəhərində anadan olub.

6. Azərbaycanın əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Sara Balabəy qızı Aşurbəylinin xatirə günüdür.

7. Azərbaycanın əməkdar elm və texnika xadimi, texniki elmlər doktoru, akademik Azad Xəlil oğlu Mirzəcanzadənin anım günüdür.

8. Şəhid Bəhruz Allahverdi oğlu Nuriyev də bu gün xatırlanır. O, 7 iyul 1971-ci ildə Ağdam rayonunun Kəngərli kəndində doğulub.

9. Rəssam, şair və tərcüməçi Adil Mirseyid oğlu Baxışovun xatirə günüdür. O, 1952-ci il dekabrın 21-də Ağdaş şəhərində doğulub.