Rusiyada hakerlərdən koronavirus ƏMƏLİYYATI
16 iyul 2020 17:39 (UTC +04:00)

Rusiyada hakerlərdən koronavirus ƏMƏLİYYATI

"Rusiyalı hakerlər COVID-19 peyvəndi ilə bağlı araşdırmaları oğurlamağa çalışır".

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu barədə Britaniyanın Xarici İşlər naziri Dominik Raab bildirib. 

“Rusiya kəşfiyyat xidmətinin koronavirus pandemiyası ilə mübarizə aparanları hədəfə alması tamamilə qəbuledilməzdir. Başqaları öz ehtiyatsız davranışları ilə öz eqoist maraqlarını həyata keçirərkən, Britaniya və müttəfiqləri peyvənd tapmaq və qlobal sağlamlığı qorumaq üçün böyük səylər göstərirlər. Britaniya bu cür kiberhücumları edənlərə qarşı mübarizəni davam etdirəcək”, - deyə nazir vurğulayıb.

# 3898
avatar

Oxşar yazılar