Qiyməti açıqlandı - 100 milyon avro
16 iyul 2020 17:34 (UTC +04:00)

Qiyməti açıqlandı - 100 milyon avro

"Bayer" yarımmüdafiəçisi Kay Havertsi satmağa razılıq verib.

Apasport.az saytının məlumatına görə, "Çelsi" başda olmaqla bir neçə nəhəng klubun maraq dairəsində olan 21 yaşlı orta sahə oyunçusunun transfer qiyməti də açıqlanıb.

Leverkuzen təmsilçisi Almaniya millisinin üzvünün gedişindən 100 milyon avro qazanmağı planlaşdırır. Bundesliqa klubu bu məbləğin bir hissəsini bonus kimi əldə etməyə də hazırdır. Ancaq rəhbərlik Avropa Liqasında çıxışını davam etdirdiyindən, turnirdə mübarizənin sonuna qədər onu heç yerə buraxmamaq qərarına gəlib.

Qeyd edək ki, Kay Haverts cari mövsüm bütün turnirlərdə 39 oyun keçirib, 15 qol, 8 assistlə yadda qalıb.

# 6979
avatar

Oxşar yazılar