İsveçdə yaşayan azərbaycanlılar ordumuza belə dəstək oldular - FOTO - VİDEO
16 iyul 2020 14:26 (UTC +04:00)

İsveçdə yaşayan azərbaycanlılar ordumuza belə dəstək oldular - FOTO - VİDEO

İsveç Krallığının Geteborq şəhərində yaşayan soydaşlarımız maşın karvanı və Azərbaycan bayraqları ilə əsgərlərimizə və xalqımıza dəstək olaraq həmrəylik yürüşü təşkil ediblər.

Bu barədə Lent.az-a diaspora üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. Onun sözlərinə görə, yürüşdə iştirak edən həmyerlilərimiz səfərbərlik olacağı təqdirdə savaşa hazır olduqlarını bildiriblər:

“Yürüşə qatılanlar Ermənistan ordusunun Tovuza hücumlarını pisləyiblər. Bu gün birlik, həmrəylik vaxtı olduğunu deyiblər. İsveçdə yaşayan azərbaycanlılar səfərbərlik olacağı təqdirdə hər zaman Qarabağ uğrunda savaşa hazırdırlar. Yürüşdə həmçinin İsveç Krallığının Partille bələdiyyə məclisinin üzvü Turan Əliyev iştirak edib”.

# 4618
avatar

Oxşar yazılar