MN-dən PUA-larımızın vurulması ilə bağlı AÇIQLAMA
16 iyul 2020 10:39 (UTC +04:00)

MN-dən PUA-larımızın vurulması ilə bağlı AÇIQLAMA

Müdafiə Nazirliyi Azərbaycan Ordusuna aid Pilotsuz Uçan Aparatın vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumata cavab verib.

Lent.az-ın məlumatına görə, nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycana məxsus 13 PUA-nın guya vurulduğu barədə Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyanın yaydığı məlumatı təkzib edib.

"Bu yanlış məlumatdır. Bildiririk ki, Azərbaycan Ordusunun bölmələrinin silahlanmasında olan bütün bütün PUA-lar sıradadır, itki yoxdur".

# 5872
avatar

Mehman Nəbiyev

Oxşar yazılar