Diplomatik nümayəndəliklərimizin mühafizəsi gücləndirilib - SƏBƏB
15 iyul 2020 15:56 (UTC +04:00)

Diplomatik nümayəndəliklərimizin mühafizəsi gücləndirilib - SƏBƏB


“Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin radikal erməni təşkilatlarının təhdidlərinə qarşı ehtiyatlı olmaları məqsədilə tərəfimizdən səfirlik və konsulluqlarımıza təlimat verilib”.

Lent.az-ın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin Azərbaycanın Fransadakı Səfirliyinin binasına qarşı törədilən vandalizm aktı ilə bağlı məlumatda bildirilib.

Qeyd olunub ki, Vyana Konvensiyası əsasında diplomatik nümayəndəliklərimizin mühafizəsinin gücləndirilməsi ilə əlaqədar aidiyyəti üzrə xarici ölkələrə tərəfimizdən müraciət göndərilib.

# 2779
avatar

Oxşar yazılar