Milli Məclisin binası qarşısında intihara cəhdin qarşısı alındı - RƏSMİ
15 iyul 2020 15:12 (UTC +04:00)

Milli Məclisin binası qarşısında intihara cəhdin qarşısı alındı - RƏSMİ


Milli Məclisin binası qarşısında intihara cəhd edib.

Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, özünə xəsarət yetirməyə cəhd edən şəxsin hərəkətlərinin qarşısı ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən alınaraq, ona ilkin tibbi yardım göstərilib və sərbəst buraxılıb.

Quluzadə Orxan əvvəllər analoji əməllərə görə, Cinayət Məcəlləsinin 221.3, 221.2.1 və 126.2.4 maddələri ilə məhkum olunub.

O.Quluzadə bu gün səhər intihara cəhd edərkən sərxoş vəziyyətdə olub.

 

# 5110
avatar

Mehman Nəbiyev

Oxşar yazılar