Bəhram Bağırzadədən yeni xəbər: iki gündür...
15 iyul 2020 14:35 (UTC +04:00)

Bəhram Bağırzadədən yeni xəbər: iki gündür...


“Bəhram Bağırzadənin vəziyyəti qənaətbəxşdir”.

Bunu APA-ya açıqlamasında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Rəşad Mahmudov bildirib.

O qeyd edib ki, uzun müddətdir, heç kəsin ümidi olmadığı halda üzərində müalicələr aparılıb və EKMO cihazından ayrılandan sonra uzun müddət süni tənəffüs aparatında qalıb: "Son iki gündə süni tənəffüs aparatından ehtiyac olmadan, tamamilə ayrılmış vəziyyətdədir. Realibitasiya işləri davam etməkdədir. Yəqin ki, tibbi nöqteyi-nəzərdən təhlükəsizliyi tam şəkildə təmin olduqdan sonra qısa müddət içərisində palataya yerləşdiriləcək. Analizlərin nəticələrinə görə bədənin ümumi parametrləri normaldır. Lakin uzun müddət reanimasiyada dərin koma vəziyyətində yatdığına görə orqanizmin fiziki olaraq da normal vəziyyətə gəlməsi üçün vaxta ehtiyac var. Düşünürəm ki, Bəhram Bağırzadə problemsiz şəkildə yaxın günlərdə sevdikləri ilə görüşə biləcək”.

R. Mahmudov bildirib ki, B.Bağırzadə danışa bilir: “Əlbəttə ki, traxeostoma var. Buna görə səs istənilən kimi çıxmaz. Tam ayılandan sonra istədiyi kimi danışacaq.

Qeyd edim ki, Bəhram Bağırzadənin bir neçə gün əvvəl ilk olaraq Birinci vitse-prezident Mehriban Əliyeva ilə danışıb, göstərilən diqqətə görə təşəkkürünü bildirib. 

Bəhram Bağırzadə hamının tanıdığı şəxs, ümidin olmadığı vəziyyətdə olduğuna görə bu qədər gündəmə gəldi. Amma unutmamaq lazımdır ki, xəstəxanada yüzlərlə o cür xəstə var. Dünyada tibbin qəbul etdiyi, COVID-in müalicəsində bilinən və bilinməyən çoxlu fərqli düşüncə və metodlar var. Bunlar hər kəsə tətbiq olunur. Sadəcə, bu barədə mediaya hər gün, davamlı məlumat vermək doğru sayılmır”. 

Qeyd edək ki, əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb.

Xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.

EKMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

İyulun 1-də B. Bağırzadə EKMO cihazından ayrılıb. 

Bəhram Bağırzadənin müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.

# 8467
avatar

Oxşar yazılar