
Azərbaycanda sel gölü dağıtdı: 15 ton balıq tələf olub - FOTO

Güclü leysan yağışlar, sel, külək və dolu Şamaxıda fəsadlar törədib.
APA-nın yerli bürosunun xəbərinə görə, leysan yağışlar nəticəsində rayon ərazisindən keçən Acıdərə çayına güclü sel gəlib. Həmin çaydan qidalanan və süni yaradılmış balıqçılıq gölünün bəndi uçub və suyun daşması nəticəsində ətraf kəndlərin meyvə bağlarını, həyətyanı sahələri və yolları su basıb. Gölün dağılması nəticəsində kəndlərə 3 saat su axıb, balıqçılıq gölündə su tamamilə azalıb. Göldə 15 tona yaxın müxtəlif balıq növü saxlanılırmış. Hadisə nəticəsində bütün balıqlar tələf olub.
Sel suları Qobustan rayonunun Təsi, Şamaxı rayonunda Göylər və Çıraqlı kəndlərinə gedən alternativ yolu da sıradan çıxarıb. Çıraqlı-Acıdərə yolu sel səbəbindən 5-6 saat bağlı olub, nəticədə sürücülər yolda qalıb. Bəzi insanlar yolu piyada getmək məcburiyyətində qalıblar.
Gölün yaxınlığında yerləşən meyvə ağacları taxıl sahələri və əkin sahələrinin suvarılmasını təmin edən borular da istifadəyə yararsız hala düşüb. Sakinlərin sözlərinə görə bir neçə inəyi də sel aparıb. Həmçinin, güclü külək, dolu və leysan yağışı Şamaxının Çöl Göylər kəndində bir sıra fəsadlar törədib. Belə ki, kənddə bəzi evlərin dam örtüyü dağılıb, elektrik dirəkləri aşıb, naqillər qırılıb, əhaliyə elektrik enerjisinin verilişi dayanıb, meyvə-tərəvəz məhsulları tələf olub.

Oxşar yazılar

Azərbaycan və Rusiya pirotexnikləri minaların təmizlənməsi əməliyyatında - FOTO - VİDEO
19 yanvar 2021 , 21:32
Bölgələrdə qar, Bakıda sulu qar yağdı - FAKTİKİ HAVA
19 yanvar 2021 , 21:14
“Müharibə olmasa, mən indi qəhrəman deyildim...” – Milli Qəhrəman olmuş mühəndis danışır
19 yanvar 2021 , 20:15
Kəlbəcər rayonunun Çopurlu kəndindən VİDEOGÖRÜNTÜ
19 yanvar 2021 , 18:32
Rusiyadan Qarabağa əlavə mina təmizləyən texnika gətirildi - VİDEO
19 yanvar 2021 , 18:22“Ata, mənəm, ölən oğlun...” – Cəbhə xəstəxanasından FİLM KİMİ REPORTAJ – Səbuhi Məmmədli yazır
19 yanvar 2021 , 18:01
Polietilen torbalar pullu olacaq - RƏSMİ
19 yanvar 2021 , 17:30
Şaxtalı havada avtomobilə ən vacib qulluq... "hər qış dəyişdirilməlidir"
19 yanvar 2021 , 17:16