“Azərbaycan və Türkiyə hər cür təhdidə qarşı bu gün bir yerdədir” - Erkan Özoral
15 iyul 2020 11:28 (UTC +04:00)

“Azərbaycan və Türkiyə hər cür təhdidə qarşı bu gün bir yerdədir” - Erkan Özoral

“FETÖ tərəfindən planlaşdırılan 15 iyul hadisələrindən 4 il keçir”.

APA-nın məlumatına görə, bunu bu gün Türkiyənin Azərbaycandakı səfirliyinin “15 iyul Demokratiya və Milli Birlik Günü” münasibəti ilə videkonfrans formatında təşkil etdiyi anım tədbirində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.

O qeyd edib ki, türk xalqı 15 iyul gecəsi Türkiyə Prezidentinin çağırışı ilə küçələrə çıxıb: “4 il ərzində həm ölkə daxilində, həm də xaricdə FETÖ-yə qarşı mübarizə tədbirləri görülüb. 4 il ərzində FETÖ ölkə daxilində fəaliyyətinin zəiflədilməsindən sonra ölkə xaricində daha da aktivləşməyə başlayıb. Azərbaycan FETÖ ilə mübarizədə Türkiyəyə ilk gündən dəstək verib. Bu bizi sevindirir. Azərbaycan FETÖ ilə mübarizə məsələsində çox ciddi rol oynayır. Çünki FETÖ ilk məktəblərini Azərbaycanda açıb, iş adamlarına nüfuz edib. Amma bu gün bunlardan əsər qalmayıb. Bu gün Azərbaycan və Türkiyə hər cür təhdidə qarşı bir yerdədir. 1918-ci ildə Türkiyə və Azərbaycan necə birlikdə mübarizə aparırdısa, 15 iyul çevrilişə cəhd gecəsi də Azərbaycan Türkiyəyə bu dəstəyi verdi. Türkiyə olaraq Azərbaycanın yanında olduğumuzu hər fürsətdə qeyd etmişik. Dünən axşam Prezident Rəcəb Tayyib Ərdoğan da bunu bir daha bəyan etdi”.

# 1963
avatar

Oxşar yazılar