İrəvanda Göy məsciddə bomba HƏYƏCANI
15 iyul 2020 10:36 (UTC +04:00)

İrəvanda Göy məsciddə bomba HƏYƏCANI

Ermənistanın paytaxtı İrəvan şəhərinin mərkəzində yerləşən Göy məscidə partlayıcı qurğu qoyulması barədə məlumat daxil olub.

APA-nın “Sputnik Armenia” istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, həyəcan siqnalı ilə dərhal hadisə yerinə yanğından mühafizə qüvvələri və kinoloqlar cəlb olunub.

 

Qeyd edək ki, Göy məscid İrəvanda yaşamış azərbaycanlılara məxsus olub.
 
Məscid 1766-cı ildə İrəvan xanı Hüseynəli Xanın əmri ilə tikilib və Azərbaycan memarlıq nümunələrindən biridir. Göy məscid İrəvan məscidləri içərisində ölçüsünə görə ən böyüyü və İrəvan şəhərinin mərkəzi came məscidi olub.
 
Çar dövründə İrəvanda azərbaycanlıların dini ibadətlərini etdikləri 8 məsciddən biri idi.
 
1995–2006-cı illərdə məscid İran tikinti şirkətlərinin köməyi ilə bərpa olunub və İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən birinə çevrilib.

# 6058
avatar

Oxşar yazılar