Ermənistana məxsus PUA vuruldu, artilleriya qurğusu və döyüş heyəti məhv edildi
14 iyul 2020 16:06 (UTC +04:00)

Ermənistana məxsus PUA vuruldu, artilleriya qurğusu və döyüş heyəti məhv edildi

0


Bu dəqiqələrdə Ermənistan silahlı qüvvələrinə məxsus PUA vurulub və düşmənin atəş mövqeyində yerləşən artilleriya qurğusu döyüş heyəti ilə birlikdə bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

Bu barədə Lent.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələrinə məxsus növbəti PUA-nın guya vurulması barədə yayılan məlumata gəldikdə isə bildiririk ki, bu dezinformasiyadır, həqiqəti əks etdirmir və Ermənistan Müdafiə Nazirliyi rəsmisinin öz uydurmasıdır.

Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və heç bir itki yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 11409

Oxşar yazılar