1957
15:22
14 İyul 2020

Dünən qanunsuz olaraq, postlardan keçmək istəyən avtomobillərin sayı açıqlandı

Baş Dövlət Yol Polisi idarəsi karantin rejimi ilə əlaqədar olaraq, ötən gün görülən işlər barədə məlumat yayıb.

İdarədən Lent.az -a daxil olan məlumata əsasən, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Samux, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş karantin rejiminin pozulmasına görə dünən nəqliyyat vasitələri ilə hərəkətdə olan 1178 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə cərimələnib. Sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 129 nəfər həmin Məcəllənin 211.2-ci, eyni əməllərin il ərzində təkrar törədilməsinə görə isə Məcəllənin 211.3-cü maddəsi ilə 3 nəfər olmaqla ümumilikdə 1310 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 40-ı rayon, 80-i paytaxt istiqamətinə olmaqla 120, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 50-i rayon, 65-i paytaxt istiqamətinə olmaqla 115, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 90-ı rayon, 60-ı paytaxt istiqamətinə olmaqla 150 avtomobil geri qaytarılıb, ümumilikdə 385 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.