Qonşusunun başına daşla vurdu, sonra isə güllələdi
14 iyul 2020 18:28 (UTC +04:00)

Qonşusunun başına daşla vurdu, sonra isə güllələdi

İyulun 13-də Sabirabad rayonunun Əhmədabad kəndi ərazisində kənd sakini Q.İsgəndərov xuliqanlıq zəminində qonşusu N.Səftərovun baş nahiyəsinə daşla xəsarət yetirərək, ov tüfəngindən açdığı atəşlə ayaq nahiyəsindən xəsarət yetirib.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, xəstəxanaya yerləşdirilmiş N.Səftərovun vəziyyəti qənaətbəxşdir.

Sabirabad Rayon Polis Şöbəsi  əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Q.İsgəndərov saxlanılıb və ondan müvafiq sənədləri olmayan 1 ədəd “TOZ-16” markalı tüfəng götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3608

Oxşar yazılar