1810
19:52
14 İyul 2020

Keçmiş məhkumun evindən müxtəlif narkotik maddələr çıxdı

Bakıda keçmiş məhkumdan külli miqdarda narkotik maddə götürülüb.

DİN mətbuat xidmətindən Lent.az -a daxil olan xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Səbail rayonu ərazisində yaşayan, əvvəllər məhkum olunmuş R.Axundovdan 3,900 qram heroin aşkar edilib. Habelə onun yaşadığı evə baxış zamanı 7 kiloqram 60 qram heroin və 3 kiloqram 260 qram metamfetamin aşkar edilib götürülüb.