Sabirabad sakini qonşusunu güllələdi - Torpaq davasına görə
13 iyul 2020 21:00 (UTC +04:00)

Sabirabad sakini qonşusunu güllələdi - Torpaq davasına görə

 

Sabirabad sakini qonşusu tərəfindən güllələnib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Əhmədabad kənd sakini, 1993-cü il təvıllüdlü Səftərov Nurlan Əlisəftər oğlu ayağından aldığı güllə və əlindən aldığı bıçaq yarası ilə Şirvan Şəhər Xəstəxanasına daxil olub.

Qeyd edilir ki, adıçəkilən şəxs Qüdrət adlı şəxs tərəfindən güllələnib. Münaqişəyə səbəb torpaq münaqişəsi olub.

Faktla bağlı Sabirabad polisi tərəfindən araşdırma aparılır.

# 4312
avatar

Oxşar yazılar