13:16
13 İyul 2020

“Ermənistanın təxribatı üçüncü ölkələri münaqişəyə cəlb etmək məqsədi güdür” - Nazir

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycan-Ermənistan sərhədində baş verənlərdən ciddi narazılığını bildirib, Ermənistanın bu yeni təxribatını təcavüz aktı kimi qiymətləndirib.

APA-nın xəbərinə görə, bu barədə E. Məmmədyarov ATƏT-in Minsk Qrupunun Rusiya Federasiyasından olan həmsədri İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə telefon söhbətləri zamanı bildirib.

E. Məmmədyarov Ermənistanın məqsədyönlü şəkildə həyata keçirdiyi bu təxribatın üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək və Ermənistan cəmiyyətinin daxili problemlərdən fikrini yayındırmaq məqsədi güddüyünü qarşı tərəfin diqqətinə çatdırıb.

Dİgər xəbərlər