928
09:15
13 İyul 2020

Yaşlı qadına qarşı soyğun, nəyi varsa hamısını apardı

Bakıda soyğunçuluq hadisəsi baş verib.

Lent.az -ın məlumatına görə, Binəqədi rayonu, Mircəlal küçəsində naməlum şəxs 1959-cu il təvəllüdlü qadının içərisində 150 manat pul, şəxsiyyət vəsiqəsi, bank kartı olan pul kisəsini soyğunçuluq yolu ilə talayıb.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 1984-cü il təvəllüdlü Ramiz Mehrəliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.