Bakıda bir-birinə bitişik 3 tikilidə yanğın oldu
11 iyul 2020 17:52 (UTC +04:00)

Bakıda bir-birinə bitişik 3 tikilidə yanğın oldu


Bakıda bir-birinə bitişik 3 tikilidə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 70 kv/m olan birmərtəbəli taxta konstruksiyalardan ibarət ev, bitişik ümumi sahəsi 20 kv/m olan köməkçi tikilinin yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 240 kv/m olan ikimərtəbəli evin dam örtüyünün taxta atmaları 2 kv/m sahədə yanıb. Evin qalan hissəsi və digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

# 4240
avatar

Oxşar yazılar