10:45
11 İyul 2020

Gürcüstanda koronavirusa yoluxanların sayı 981 nəfərə çatdı


Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 8 yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavorusla mübarizə çərşçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 981 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 4851 nəfər karantində saxlanılır, 231 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Dİgər xəbərlər