Azərbaycanda reanimasiyada olan koronaviruslu xəstələrin SAYI
10 iyul 2020 22:25 (UTC +04:00)

Azərbaycanda reanimasiyada olan koronaviruslu xəstələrin SAYI

Azərbaycanda koronavirusa yoluxmuş xəstələrdən reanimasiyada olanların sayı açıqlanıb.

APA xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında qeyd olunub. 

Bildirilib ki, xəstələrdən 343 nəfəri reanimasiyadadır. Süni nəfəs cihazına qoşulanların sayı isə 48 nəfərdir.

Qeyd edək ki, bu günədək Azərbaycanda 22 990 nəfər COVID-19-a yoluxub, onlardan 14 093-ü sağalıb, 292 nəfəri isə ölüb.

# 4402
avatar

Oxşar yazılar