Bakının bu mərkəzi yollarında DİQQƏTLİ OLUN - SƏBƏB
10 iyul 2020 16:37 (UTC +04:00)

Bakının bu mərkəzi yollarında DİQQƏTLİ OLUN - SƏBƏB

Bakının Neftçilər prospekti və Niyazi küçəsində bu gün axşam saat 23:00-dan səhər saat 6:00-dək üfüqi nişanlanma xətlərinin yenilənməsi işləri aparılacaq.

Bu barədə Lent.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Məlumatda qeyd edilir ki, bu səbəbdən sürücülərdən qeyd olunan saatlarda sözügedən istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

# 2164
avatar

Oxşar yazılar