Şəffaf arakəsmələrlə bağlı taksilərə xəbərdarlıq edildi - FOTO
10 iyul 2020 16:03 (UTC +04:00)

Şəffaf arakəsmələrlə bağlı taksilərə xəbərdarlıq edildi - FOTO

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində maarifləndirici tədbirlər davam etdirilir.

DİN mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, bölmə əməkdaşları mütəmadi olaraq rayon sakinləri ilə izahedici söhbətlər aparır, onların həyata keçirilən tədbirlər haqqında məlumat verir, tibbi maskadan istifadənin zərurliyini bildirirlər. Polis əməkdaşları şəhər ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə də maarifləndirici söhbətlər apararaq, onlara özlərinin və sərnişinlərinin tibbi maskalardan istifadə etmələrinin zəruriliyini bildiriblər, sərnişin daşıma zamanı isə müştərilərin arxa oturacaqlarda əyləşmələrinin və sosial məsafənin qorunması üçün nəqliyyat vasitələrində şəffaf arakəsmələrin quraşdırılmasının vacibliyindən danışıblar. 

Keçirilən reyd zamanı qaydaları pozaraq tibbi maskadan istifadə etməyən şəxslər də aşkarlanıb. Həmin şəxslər barəsində İnzobati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.

# 4021
avatar

Mehman Nəbiyev

Oxşar yazılar