Bakı sakinindən 1 kilodan çox narkotik tapıldı
10 iyul 2020 16:34 (UTC +04:00)

Bakı sakinindən 1 kilodan çox narkotik tapıldı

Bakı sakinindən külli miqdarda narkotik götürülüb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları daxil olmuş məlumat əsasında Xəzər rayonu ərazisində  əməliyyat tədbiri keçiriblər. Nəticədə Şüvəlan qəsəbə sakini H.Hüseynovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 31 ədəd çətənə kolu və 1 kiloqram 815 qram marixuana aşkar edilərək götürülüb.

# 1855
avatar

Mehman Nəbiyev

Oxşar yazılar