12:06
10 İyul 2020

Gündə nə qədər şokolad yemək doğrudur?

Şokolad dünyada insanların ən çox istifadə etdiyi qidalar arasında yer alır. Tərkibindəki kakaonun miqdarı çoxaldıqca, şokoladın sağlamlığa faydaları da artır.

Lent.az xarici KİV-ə istinadən qara şokoladın faydalarını sizə təqdim edir.

Qara şokoladdan az miqdarda istifadə etmək orqanizmdəki bir çox funksiyanın daha yaxşı işləməsinə səbəb olur. Şokoladın tərkib hissəsi olan kakao yüksək dərəcədə antioksidanta sahibdir bu da sağlamlıq üçün olduqca faydalı hesab edilir.

Şokolad stressə qarşı dərmandır. O əhval-ruhiyyəni yüksəldir, tərkibindəki serotonin, gərginliyi aradan qaldırır və həzz hissini formalaşdırır.

Bu güclü antioksidantın təsirindən faydalanmaq üçün şokolad seçərkən bəzi kriteriyalara diqqət etmək lazımdır. Şokoladın tərkibindəki kakao nə qədər az emaldan keçərsə təsiri bir o qədər güclü olar. Tövsiyə edilir ki seçiminizi tərkibindəki kakao miqdarı 70%-dən çox olan şokoladdan yana edəsiniz.

Südlü şokoladların tərkibində şəkərin miqdarı olduqca yüksək olur. Bu da immun sisteminə mənfi təsir göstərir. Seçdiyiniz şokoladda şəkər miqdarının aşağı olmasına üstünlük verin.

Bu qida məhsulu xəstəliklərə qarşı qoruyucu bir gücə sahibdir. Kakao toxumalarda zədə meydana gəlməsinə qarşı mübarizə aparan çox miqdarda qoruyucu maddələrdən ibarətdir. Bu xüsusiyyət ilə o xəstəliklərə səbəb olan iltihaba qarşı təsir göstərir.

Tünd şokolad ürək-damar sisteminin sağlamlığı baxımdan əhəmiyyətli bir yerə sahibdir. Acı şokolad və kakao LDL xolesterini salmada ən təsirli qidalardır.

Aparılan araşdırmalar yaş irəlilədikcə meydana gələn yaddaş zəifliyinə qarşı acı şokoladın effektiv olduğunu göstərir. Mütəxəssislər Alzheimer kimi nevroloji xəstəliklərin qarşısını almaqda şokoladın faydalı ola biləcəyini bildirir.

Qara şokolad dərinin nəmli və təravətli olması üçün də olduqca faydalı qidadır. O, dərinin elastikliyini qoruyur və özünü yeniləmə qabiliyyətini gücləndirir.

Banu

Dİgər xəbərlər