2761
17:21
09 İyul 2020

Ermənilərdən daha bir təxribat - FOTO

Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında yenidən yanğın törədiblər.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, erməni hərbçilər Ağdamın işğal altında olan Baş Qərvənd kəndinin ərazisinə od vurub. Alov qısa müddətdə geniş əraziyə yayılıb. Hazırda alov qoşunların təmas xəttinə çatıb.

Alovun tüstüsü rayonun bütün yaşayış məntəqələrindən aydın görünür.