
Bakıya qanunsuz sərnişin daşıyan taksi sürücüləri həbs edildi

Bakıya rayonlardan qanunsuz sərnişin daşıyan taksi sürücüləri həbs edilib.
APA-nın məlumatına görə, taksi fəaliyyəti ilə məşğul olan Ağdaş rayon sakini Nicat Hüseynov və Qəbələ rayon sakini Əziz Ağakişiyev qanunsuz yolla sərnişinləri Bakıdan rayonlara, rayonlardan Bakıya daşıyıblar.
Dövlət Yol Polisi İdarəsinin və Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bölməsi əməkdaşları tərəfindən hər iki taksi sürücüsü saxlanılıb.
Onlar barəsində toplanan materiallar Abşeron rayon Məhkəməsinə göndərilib.
Hər iki şəxsə inzibati qaydada 15 sutka həbs cəzası verilib.

Oxşar yazılar

Bakının əsas prospektində qəza: tıxac yarandı
19 yanvar 2021 , 19:10
"Lotu Quli"nin məzarı üstündə atışma: ölən var
19 yanvar 2021 , 18:35
Məşhur rektor vəfat etdi
19 yanvar 2021 , 16:48
Bakıda maşının vurduğu qadın öldü
19 yanvar 2021 , 12:18
Əmisini öldürüb evini yandıran sabiq polis hakim qarşısına çıxarılır
19 yanvar 2021 , 11:36
Polietilen torbalarla bağlı daha bir XƏBƏRDARLIQ - əks halda...
19 yanvar 2021 , 11:22
İnternetdə 168 kiloluq narkotik alveri - Xüsusi ƏMƏLİYYAT
19 yanvar 2021 , 10:56
Yol Polisindən sürücülərə müraciət
19 yanvar 2021 , 10:41