Bakıda mağazadan 3000 manatlıq oğurluq edildi
09 iyul 2020 14:00 (UTC +04:00)

Bakıda mağazadan 3000 manatlıq oğurluq edildi

Bakıda mağazadan oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, iyulun 6-da rayon ərazisindəki mağazaların birindən 2900 manat dəyərində 3 ədəd mobil telefon oğurlanıb.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Çubanov saxlanılıb.

# 2812
avatar

Mehman Nəbiyev

Oxşar yazılar