Bu rayona icazəsiz girənlər geri qaytarılır - FOTO
09 iyul 2020 12:18 (UTC +04:00)

Bu rayona icazəsiz girənlər geri qaytarılır - FOTO

Xaçmazın giriş-çıxışında postlar qurulub, gücləndirilmiş nəzarət davam etdirilir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində Xaçmaz rayonu ərazisinə giriş-çıxış məhdudlaşdırılıb. Bu ərazilərdə müvəqqəti stasionar postlar qurulub, nəqliyyat vasitələrinin hərəkətinə ciddi nəzarət olunur. Xüsusi icazəsi olmadan rayon ərazisinə daxil olmaq istəyən digər rayon və şəhərlərin sakinləri saxlanılır və sakini olduqları rayon və şəhərlərə yönləndirilirlər.

# 3709
avatar

Mehman Nəbiyev

Oxşar yazılar