9235
15:11
08 İyul 2020

Suyu hansı saatlarda içməliyik? - Mtəxəssisdən MARAQLI CAVAB

Suyun sağlamlıq üçün nə qədər faydalı olduğunu hamı bilir. Xüsusilə yay aylarında ona olan tələbat artır. Lakin bir çoxlarını düşündürən sual var: suyu günün hansı saatlarında qəbul etmək lazımdır?

Əslində bir çox mənbələrdə müxtəlif saatlar qeyd edir. Amma, hər insan, hər orqanizm başqadır. Ona görə də diqqətli olmaq lazımdır.

Lent.az diyetoloq və sağlıq uzmanları tərəfindən təsdiq olunan qaydaları təqdim edir. Siz də onları özünüzə görə uyğunlaşdıra bilərsiniz.

Su qəbulunu birdən-birə yox gün ərzində hissə-hissə qəbul etmək yaxşı olar. Bir dəfəyə qəbul olunarsa, böyrəklərə güc düşər və bədəndə maye balansı pozula bilir.

Səhər oyananda ac qarnına ilk 1-2 stəkan su içmək lazımdır. Gecə boyu itirilən suyu dərhal bərpa etməyə çalışmaq ən önəmli şərtlərdəndir.

Yemək zamanı çox su içməyin ki, toxluq hissi tez gəlməsin. Yeməkdən sonra qəbul olunacaq ən yaxşı maye elə sudur.

Yatmazdan əvvəl su içmək rahat yuxu gətirir. Bəzi insanlar isə su içəndə narahat yatır. Bu tamamilə orqanizmdən asılıdır.

İdmandan dərhal öncə su içməyin. İdman zamanı da su istəsəniz az-az içə bilərsiniz. İdman bitdikdən sonra isə ehtiyac olan qədər maye qəbul edin.

Bundan əlavə gün ərzində də su içməyə, maye qəbul etməyə davam edin. İş stolunuzun üstündə daim su olsun.

Siz də öz orqanizminizi dinləyin, nə vaxt su içəndə rahat olursa, ona görə öz qaydalarınızı qoyun. Özünüzü "mütləq bu vaxtda su içməliyəm" stressinə salmayın. Sadaladığımız qaydaları da diqqətdə saxlayın.