1579
13:32
08 İyul 2020

Bakıda gizli işləyən kafedə 10 nəfər saxlanıldı - FOTO

Bakının Sabunçu rayonunda karantin qaydalarını pozaraq fəaliyyət göstərən kafe aşkarlanıb.

Lent.az -ın məlumatına görə, Şuşa şəhərciyində keçirilən reyd zamanı "Qarabağ" kafesinin fəaliyyət göstərdiyi məlum olub. İcarədarla birgə 10 nəfər şəxs saxlanılaraq, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirilib.

İcarədar Mürsəlov Sərvər Camal oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi baxılması üçün rayon məhkəməsinə göndərilib. Yerdə qalan 9 nəfər isə hər biri 200 manat cərimələnib.