1045
13:03
08 İyul 2020

Koronavirusa yoluxmuş millət vəkili evə buraxılıb

Koronavirusa yoluxan deputat Sahib Alıyev xəstəxanadan buraxılıb.

Deputat APA-ya açıqlamasında bildirib ki, səhhəti yaxşıdır, 4 gün əvvəl xəstəxanadan evə buraxılıb.

“Artıq 4 gündür ki, müalicəmi evdə davam etdiririk. Müalicə hələ 3 həftə ərzində davam edəcək. Ailə üzvlərimdən, sadəcə, həyat yoldaşımda virus aşkarlanmışdı. O da virusu simptomsuz keçirir, vəziyyəti yaxşıdır”, - deyə deputat bildirib.