2932
17:43
08 İyul 2020

Bu ürəklər sosial məsafəni qoruyacaq

İngiltərənin Bristol əyalətində sosial məsafəni qorumaq üçün maraqlı addım atılıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, kraliça meydanında sosial məsafəni qoruyan ürəklər diqqət çəkib. Yaşıl otlar üzərində çəkilmiş ağ ürəklər yerli sakinlərin sağlamlığını qorumağa xidmət göstərir. Parka istirahət üçün üz tutanlar bu ağ ürəklər içərisində oturmalıdırlar.

Gələcək günlərdə digər park və yaşıllıqlarda da bu addımın atılması planlaşdırılır.