Bakıda maşından bahalı avadanlıq oğurlandı
08 iyul 2020 09:18 (UTC +04:00)

Bakıda maşından bahalı avadanlıq oğurlandı

Bakıda avtomobildən oğurluq olub.

Lent.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu Rəsulzadə küçəsində qeydə alınıb.

Qəsəbə sakini Ü. Vəliyevə məxsus “Toyata” markalı avtomobildən 325 manat pul,  1890 manat dəyərində video registrator, 800 manat dəyərində mobil telefon, eynək  və geyim əşyaları oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 1983-cü il təvəllüdlü Məsud İbrahimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

# 1429
avatar

Mehman Nəbiyev

Oxşar yazılar