Bakıda gizli işləyən çay evi: müştərilər də cərimələndi - FOTO
07 iyul 2020 10:35 (UTC +04:00)

Bakıda gizli işləyən çay evi: müştərilər də cərimələndi - FOTO

0

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan çay evi aşkarlanıb. 

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Lent.az-a  verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi, Binəqədi Rayon Polis İdarəsi və 6-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə Biləcəri qəsəbəsi Ordubadi küçəsində “Lokomativ-Biləcəri” çay evinin icarədarı, işçiləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar. 

Ümumilikdə 17  nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin icrədarı P.Bodurov 2000 manat, digərləri 200 manat cərimə olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1952

Oxşar yazılar