500-ə yaxın avtomobilin postlardan keçməsinə imkan verilmədi
06 iyul 2020 12:37 (UTC +04:00)

500-ə yaxın avtomobilin postlardan keçməsinə imkan verilmədi

Qanunsuz olaraq, postlardan keçməyə cəhd göstərənlər geri qaytarılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a daxil olan xəbərə görə, dünən Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 27-i rayon, 45-i paytaxt istiqamətinə olmaqla 72, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 60-ı rayon, 56-ı paytaxt istiqamətinə olmaqla 116, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 207-i rayon, 95-i paytaxt istiqamətinə olmaqla 302 nəqliyyat vasitəsi geri qaytarılıb, ümumilikdə 490 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

# 1840
avatar

Mehman Nəbiyev

Oxşar yazılar