Təyyarə sərnişinləri üçün test laboratoriyalarının sayı artırıldı
04 iyul 2020 20:14 (UTC +04:00)

Təyyarə sərnişinləri üçün test laboratoriyalarının sayı artırıldı


Yeni qaydalara əsasən, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçən sərnişinlər buraxılacaq. Bununla əlaqədar olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaların siyahısı genişlənib.

Bu barədə APA-ya TƏBİB-dən məlumat verilib. 

 

Həmin laboratoriyalar bunlardır: 

- Referans kliniki laboratoriya mərkəzi;

 - Leyla klinikası;

- Memorial klinikası

- Bona Dea xəstəxanası;

- İnci laboratoriyası;

- Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM);

- Kaspian Hospital;

- Talassemiya mərkəzi;

- UltraLab.

# 5497
avatar

Oxşar yazılar