"Manaf toya gedirdi, qazandığı ilə..." - Vasif Məhərrəmli - VİDEO
04 iyul 2020 15:01 (UTC +04:00)

"Manaf toya gedirdi, qazandığı ilə..." - Vasif Məhərrəmli - VİDEO

 

"Müğənnidən çox şey umurlar. Əlimizdən gələn köməkliyi edirik. Bu gün elə müğənnilər var ki, həqiqətən köməyə ehtiyacı var".
Lent.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "Show news" verilişinə açıqlamasında deyib. Müğənni maddi sıxıntı yaşayan sənət adamlarından bəhs edib:

"Şou-proqramlarda çıxış edən müğənnilər var ki, onlar toy bazarında az-az iştirak edənlərdir. Onlar gücü şou proqrama veriblər və aylıq, günlük gəlirlə yaşayırdılar. Onların bu gün pula ehtiyacı var. Vasif, Manaf toya gedirdi, qazandığı ilə 5-6 ay dolana bilər.

Mənə nə qədər zəng edib, ehtiyacı olduğunu deyənlər var. Lazım gəlib yardım etmişəm. Yeri gəlsə, min manat da hədiyyə verərərm. Amma hədiyyə başqa, borc başqadır".

# 40858
avatar

Oxşar yazılar