Yurgen Klopp Azərbaycan Premyer Liqasındakı qaydaya həsəd aparır
04 iyul 2020 14:40 (UTC +04:00)

Yurgen Klopp Azərbaycan Premyer Liqasındakı qaydaya həsəd aparır

“Liverpul”un baş məşqçisi Yurgen Klopp növbəti dəfə İngiltərə Premyer Liqasındakı mövcud qaydaları tənqid edib.

Apasport.az saytının məlumatına görə, təqvimin sıxlığından, yeni il və Miladla bağlı bayram günlərində oyunların keçirilməsindən tez-tez narazı qalan almaniyalı mütəxəssis bu dəfə medalların verilmə prinsipinin ədalətsizliyindən gileylənib.

Məsələ ondadır ki, İngiltərə Premyer Liqasında medallar mövsümdə ən azı 5 oyun keçirən futbolçulara verilir. Bu üzdən “Liverpul”un üç oyunçusu – Harvi Elliot, Neko Uilyams və Kertis Cons mükafat ala bilməyəcək. Çünki onlar hərəyə 2 dəfə şans qazanıblar. Düzdür, artıq çempionluq təmin olunduğundan onlara şans verib bu rəqəmi artırmaq mümkündür.

Lakin Klopp bu qaydaları düzgün saymadığını dilə gətirməyə macal tapıb. O, bir sıra çempionatlarda, o cümlədən Azərbaycan Premyer Liqasına olduğu kimi oyun sayı limitinin olmamasını istəyir: “Yaxşı olardı ki, liqa qaydasını dəyişsin. Heç olmasa bir oyun keçirənin medal almasını təmin etsin. Əgər insanlar çempionatda qalib olmaq üçün kollektiv nə dərəcədə vacib olduğunu başa düşmürsə, onlara kömək edə bilmərəm. Əgər futbolçu bir oyun keçirməyibsə belə medal almalıdır. Sən ikinci qapıçısansa və az matça çıxmısansa, medalını almalısan. Onlar medalı haqq ediblər və onu alacaqlar da. Əgər İngiltərə Premyer Liqasından olmasa da, məndən”.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında mükafatçı komandanın futbolçularına medal verilərkən oyun sayı ilə bağlı limit tətbiq olunmur.

# 6664
avatar

Oxşar yazılar