Qubaya istirahətə gedənlər cərimələndi - FOTO
03 iyul 2020 16:17 (UTC +04:00)

Qubaya istirahətə gedənlər cərimələndi - FOTO

Karantin qaydalarını pozaraq Qubaya istirahət etməyə gələn şəxslə məsuliyyətə cəlb olunublar.

DİN mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən istirahət mərkəzlərində keçirilən reydlər nəticəsində xüsusi karantin qaydalarını pozaraq rayon ərazisinə istirahət məqsədi ilə gələn şəxslər aşkarlanaraq məsuliyyətə cəlb olunublar. 

Onlar arasında çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən istifadə edərək Quba rayonuna istirahət üçün gələnlər də olub. 

Reyd zamanı karantin qaydalarını pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1- maddəsi ilə protokollar tərtib olunaraq həmin şəxslər inzibati qaydada məsuliyyətə cəlb ediliblər.

# 4723
avatar

Mehman Nəbiyev

Oxşar yazılar